Restoranlar və Bar
“Bakı” restoranı milli Azərbaycan, türk və Avropa mətbəxini təklif edir. Restoranda Türkiyədən xüsusi olaraq dəvət edilmiş Avropa sertifikatlı aşpazlar çalışırlar. Avstriyadan gətirilmiş xüsusi pivəbişirən avadanlıqla təchiz edilmiş “Brau Pub” barında yerindəcə qıcqırma prosesi gedir və müştərilərin gözləri önündə təbii mayadan pivə bişirilir.