Otaqlar
“Excelsior Hotel Shamkir” otelində 53 nömrə vardır. Bunlardan 41-i standart, 6-sı biznes suit, 5-i korner-suit və 1-i Kral dairəsidir. Nömrələr ultra müasir turkuaz üslubundadır. Dəhlizin divarları və foye məşhur Şəmkir xalçalarının işıqlandırılmış ornamentləri ilə bəzədilmişdir.  Otelin ümumi sahəsi və ona bitişik ərazi təqribən 1,5 ha təşkil edir. Yay mövsümündə otelin arxa həyətində mini pivə restoranı fəaliyyət göstərəcək. Oteldə iki restoran, bir konfrans zalı və pivə-bar fəaliyyət göstərir ki, burada gözlərinizin önündə təbii mayadan pivə bişirilir. Həmçinin, oteldə şərab-dequstasiya mərkəzi də vardır. Bu, xüsusilə vacib məqamdır. Belə ki, Şəmkir özünün konyak və şərab zavodları ilə tanınır. Texniki nöqteyi-nəzərdən otel paytaxtın ən yaxşı otellərindən geri qalmır. Otelin nömrələri çox rahatdır. Otaqlar bəyaz-mavi tonlarda boyanıb və onların gözəlliyini qəhvəyi rəngli tirlər və alman üslublu çilçıraqlar tamamlayır. Nömrələr rahat istirahət guşələrinə ayrılır. Mükəmməl şəkildə təchiz edilmiş vanna otaqları hətta ən tələbkar müştərilərin belə zövqünü oxşayacaq. Oteldə istirahət üçün bütün şərait yaradılmışdır. Bu məqsədlə oteldə Spa və Fitnes mərkəzləri fəaliyyət göstərir. Burada siz nəinki fiziki formanızı saxlayacaq, həm də təcrübəli massajistlərin köməyilə ruhən dincələcəksiniz.